Cəlilabadda üç gün öncə avtomobilin vurduğu 70 yaşlı piyada ölüb.
APA xəbər verir ki, Pərviz Kərimovin idarə etdiyi “Ford Transit Tourneo” markalı yük avtomobili noyabrın 21-də yolu keçmək istəyən piyada Nadir Əmənovu vurub.
Piyada xəsarətlə xəstəxanaya çatdırılıb. O, dünən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.