Bank Of Baku

Cəlilabadda güclü külək nəticəsində ağac maşının üstünə aşıb - FOTO - YENİLƏNİB

Cəlilabadda güclü külək nəticəsində ağac maşının üstünə aşıb - FOTO  - YENİLƏNİB
# 07 sentyabr 2026 19:23 (UTC +04:00)

Köhnə Ələt-Astara magistralında hərəkət bərpa olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə köhnə Ələt-Astara magistralında hərəkətdə məhdudiyyət yaran yol açılıb.

Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub. Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlərlə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa edilib.

Qeyd edək ki, güclü külək səbəbindən sözügedən magistralda irigövdəli ağaclar aşaraq hərəkətdə məhdudiyyət yaratmışdı.

***

18:26

Cəlilabad rayonunda iri gövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

Güclü külək nəticəsində iri gövdəli ağac yolda hərəkətdə olan, 77-BQ-470 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, magistralın digər istiqamətində də iri gövdəli ağacların aşması nəticəsində analoji hadisə baş verib.

Aşan ağaclar yolun hərəkət hissəsini bağladığına görə magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR