AMEA prezidenti vəzifəsinə seçki keçirilir - FOTOSESSİYA

AMEA prezidenti vəzifəsinə seçki keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 24 aprel 2013 08:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, iclası AMEA prezidenti vəzifəsini icra edən Akif Əlizadə açıb.

O deyib ki, ötən ilki hesabat iclasından sonra AMEA-nın 9 görkəmli akademiki dünyasını dəyişib.

Onların sırasında AMEA-nın sabiq prezidenti Mahmud Kərimov, Coğrafiya İnstitutunun sabiq direktoru Budaq Budaqov və digərləri var.

İclasda ötən iclasdan sonra dünyasını dəyişən alimlərin xatirəsi bir dəqiqə sükutla yad edilib.

İclasın gündəliyinə 3 məsələ daxil edilib. Gündəliyə əsasən, AMEA prezidenti vəzifəsinə seçkilər keçiriləcək. İclasda həmçinin AMEA Rəyasət Heyətinin strukturu da seçiləcək.

Daha sonra AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev Akademiyanın 2012-ci ildəki fəaliyyətinə dair məruzə təqdim edəcək.

İclasda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR