Gəncədə mağazadan oğurluq edilib - VİDEO

Gəncədə mağazadan oğurluq edilib - <span style="color: red;">VİDEO
# 28 aprel 2015 13:19 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncədə ərzaq mağazasından 4 min manat dəyərində oğurluq edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin yeni Gəncə qəsəbəsində yerləşən ərzaq mağazasında qeydə alınıb. Gəncə şəhər sakini Vüsal Zeynalova məxsus ərzaq mağazasından 4 min manat dəyərində siqaret, kolbasa, şirələr, energetik içkilər və digər məhsullar oğurlanıb. Mağaza sahibinin dediyinə görə, müşahidə kamerasına düşən oğrular maskalı olub və onlar dükanın arxa pəncərəsinin şüşəsini qıraraq içəri giriblər. Həmçinin mağazadan 200 manat pulun aparıldığı da bildirilir.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR