Nepalda 60 Aİ vətəndaşı itkin düşüb

Nepalda 60 Aİ vətəndaşı itkin düşüb
# 04 may 2015 22:30 (UTC +04:00)

Bakı-APA. Nepalda baş vermiş güclü zəlzələdən sonra Avropa İttifaqına üzv olan ölkələrin 60-a yaxın vətəndaşı itkin düşmüş hesab edilir.

APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqındakı mənbə bildirib.

Bundan əvvəl Avropa İttifaqının Nepaldakı xüsusi nümayəndəsi Renşe Terink bəyan etmişdi ki, itkin düşmüş Aİ vətəndaşlarının sayı 1000-ə çata bilər.

Xatırladaq ki, aprelin 25-də baş vermiş 7,9 ballıq zəlzələ Nepalda son 80 il ərzində ən güclü zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR