ANAMA: Azərbaycanda mina və partlamamış hərbi sursatlardan təmizlənmiş bütün ərazilərdən istifadə olunur

ANAMA: Azərbaycanda mina və partlamamış hərbi sursatlardan təmizlənmiş bütün ərazilərdən istifadə olunur
# 05 aprel 2013 10:10 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov deyib.

N.İsmayılovun sözlərinə görə, Nazirlər Kabinetinin tapşırığı ilə müxtəlif qurumlar tərəfindən ANAMA-nın təmizlədiyi torpaqların istifadəsi ilə bağlı hesabatlar hazırlanıb. Hazırda Azərbaycan hökumətində olan bu hesabatda Agentlik tərəfindən təmizlənmiş bütün torpaqların istifadə olunduğu qeyd edilib: «Bu, minatəmizləmə əməliyyatları üçün ən gözəl göstəricidir. Biri var torpaqlar təmizlənə, amma istifadə olunmaya. Biri də var ki, ərazini təmizləyib qurtarmamış, sənin arxanda traktorlar dayanıb sahəyə girmək istəyirlər. Bəzən insanlar kənd təsərrüfatı məqsədləri üçün minaların mövcud olduğu, təmizlənməmiş sahələrə daxil olurlar. Belə ərazilərdə partlayışlar, xoşagəlməz hallar baş verir. Təkcə Haramı düzü ərazisində belə hallarla bağlı indiyədək 8 partlayış olub».

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR