Müsavat Partiyası təşkilat daxili qarşıdurma ilə bağlı açıqlama yayıb

Müsavat Partiyası təşkilat daxili qarşıdurma ilə bağlı açıqlama yayıb
# 12 oktyabr 2014 09:50 (UTC +04:00)

Bakı-APA. Müsavat Partiyası təşkilat daxili qarşıdurma ilə bağlı rəsmi açıqlama yayıb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkilat son qurultayda keçirilən seçkilərlə bağlı şikayətin təqdim olunduğu və bu şikayətin qəbul edilməyərək geri qaytarılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını qeyd edib: “Seçkilər zamanı pozuntulara yol verilməsi barədə mətbuatda və sosial şəbəkədə ciddi hay-küy yaradılmasına baxmayaraq, bu günədək Müsavat Partiyasının hər hansı strukturuna rəsmi şikayət ərizəsi daxil olmayıb”.

Məlumatda qeyd olunub ki, bu il oktyabrın 10-da qurultay zamanı yaradılan seçki komissiyasının sədri olmuş Mirbaba Babayevə bəzi sənədlər təqdim edilib. Lakin həmin sənədlər anonim xarakter daşıyıb: “Müsavat Partiyasına təqdim olunan şikayətlərə baxılmayaraq geri qaytarılması barədə iddialar tamamilə əsassizdır. Bu cür yanlış məlumatlar partiyanın nüfuzuna xələl gətirir”.

Qeyd edək ki, Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğlu və tərəfdarları partiyanın sonuncu qurultayındakı seçkinin nəticələri ilə razılaşmırlar. Bununla bağlı partiyadan xeyli istefalar olub, bir neçə nəfər isə mətbuat vasitəsilə yeni seçilmiş başqanı istefaya çağırıb.

Xatırladaq ki, Müsavat Partiyasının sonuncu qurultayında Arif Hacılı partiyanın başqanı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR