TQDK ali məktəblərin magistratura pilləsində boş qalan plan yerlərinin sayını açıqlayıb

TQDK ali məktəblərin magistratura pilləsində boş qalan plan yerlərinin sayını açıqlayıb
# 08 avqust 2014 10:10 (UTC +04:00)

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 11-dək davam edəcək: “Bu gün saat 10:30-a olan məlumata görə 699 bakalavr boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini edib və elektron ərizəsini təsdiqləyib”.

Komissiya sədri əlavə edib ki, boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında təqdim olunub: “Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR