Bank Of Baku

Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1

Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
# 24 oktyabr 2026 12:00 (UTC +04:00)

Bakıdakı kütləvi davanın iştirakçılarından biri deputatın oğludur.

APA-a Lent.az-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılanlardan Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.

Qeyd edək ki, hadisə ötən gecə Xətai rayonu, General Şıxlıniski küçəsində yerləşən keçmiş "Ab-hava" restoranında baş verib.

***

11.32

Bakının Xətai rayonunda kafedə baş verən, bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

11.16

Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

APA-nın əldə etdiyi məlumata görə, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Məlumata görə, davaya biznes münasibətlərində yaranmış mübahisənin səbəb olduğu bildirilir. Hadisədə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Həmin şəxsin hadisədən sonra könüllü olaraq polisə təslim olduğu deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olduğu bildirilən Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində reabilitasiya mərkəzi işlədiblər.

Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, xəbəri ilk Oxu.az yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR