Qroznıda azərbaycanlı və rusiyalı gənclərin III Beynəlxalq Gənclər Forumu keçirilir

Qroznıda azərbaycanlı və rusiyalı gənclərin III Beynəlxalq Gənclər Forumu keçirilir
# 27 noyabr 2013 12:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumu başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu səpkili forumlar əməkdaşlığın daha sıx müzakirəsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edir: “Fikir mübadilələrinin aparıldığı bu forum yeni layihə və ideyaların gerçəkləşməsinə təkan verir”.

Forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.

Qeyd edək ki, noyabrın 28-dək davam edəcək “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumuna Azərbaycan 50 nəfərlik nümayəndə heyəti ilə qatılıb.

Qeyd edək ki, 2011-ci və 2012-ci illərdə “Yeni nəsil: sərhədsiz məsuliyyət” Beynəlxalq Gənclər Forumu (I və II) Bakıda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR