Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib - YENİLƏNİB-1 - FOTOSESSİYA

Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib - <span style="color: red;">YENİLƏNİB-1 - FOTOSESSİYA
# 31 yanvar 2013 14:59 (UTC +04:00)

APA-nın məlumatına görə, məlumatda bildirilir ki, bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının üzvləri, təşkilatın çağırışına qoşulmuş tələbələr və gənc fəallar yazıçı Əkrəm Əylislinin yaşadığı evin qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyaya səbəb yazıçının Rusiyanın “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanında Azərbaycan xalqının heysiyyətinə toxunan, birtərəfli və ermənilərin yalançı təbliğatına xidmət edən fikirlərin yer alması olub.

“Biz - ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin canlı şahidləri və qurbanları, xalq yazıçısı adını daşıyan, özünü millətinin ziyalısı hesab edən Əkrəm Əylislinin hərəkətini Azərbaycan dövlətinə, xalqımıza və şəhidlərimizin ruhuna xəyanət kimi qiymətləndirir, onun üzdəniraq romanının milli ədəbiyyatımıza vurduğu ləkədən təəssüflənirik!”, - deyə məlumatda bildirilir.

***

saat 16.05

Bakı. Fuad Cəfərov - APA. Bakıda xalq yazıçısı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yazıçının “Daş yuxular” romanına etiraz əlaməti olaraq bir qrup tələbə və gənc Ə. Əylisinin yaşadığı binanın qarşısına toplaşıb.

Qaçqın və Məcburi Köçkün Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada “Ölkədən cəhənnəm ol!”, “Erməniyə niyə uydun?!”, “Erməni Əkrəm, çıx ölkədən!”, «Erməniyə ar olsun, Əkrəm ara kor olsun», «Əylislilər erməni Əkrəmə rədd olsun deyir!», «Əylisin çörəyi, suyu, torpağı sənə haram olsun!», «Sünnət olunmuş erməni», «Ziyalı Forumunun erməni üzü-Əkrəm Əylisli!» və digər şüarlar səsləndirilib, aksiya iştirakçıları Ə. Əylislinin Azərbaycan xalqından üzr istəməsini tələb ediblər.

Aksiya iştirakçıları Ə. Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar.

Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR