ADY: Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir

ADY: Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir
# 12 iyul 2016 12:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Biləcəri və Xırdalan stansiyalarında platformaların tikintisi və turniketlərin quraşdırılması davam edir.

Biləcəri vağzalında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platformanın beton işləri başa çatıb. Turniketin quraşdırılması davam edir.

Xırdalan stansiyasında isə platformanın istinad divarları tikilib. Betonlaşma işi başa çatandan sonra turniketin quraşdırılmasına başlanacaq. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR