İranın Azərbaycandakı səfiri: “Türkiyə pantürkizm ideologiyasını yaymaqla məşğuldur”

İranın Azərbaycandakı səfiri: “Türkiyə pantürkizm ideologiyasını yaymaqla məşğuldur”
# 11 fevral 2013 12:55 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “Türkiyə pantürkizm ideologiyasını yaymaqla məşğuldur. Bu ölkə Mərkəzi Asiya dövlətləri ilə münasibətdə özünü böyük qardaş kimi aparır. Amma Türkiyə və Azərbaycanda yaşayan xalqların arasında məzhəb fərqi var. Türklər sünnidir, azərbaycanlılar da şiə. Bu ideologiyanı yayanlar Azərbaycanda da fəaliyyət göstərirlər, və hərdən onların təbliğatı digər ölkələrin ərazi bütövlüyünü sual altına qoyur”. APA-nın məlumatına görə, bu fikirləri “khabaronline.ir” saytına müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Səfir müsahibəsində Azərbaycan-İsrail əlaqələrinə və bu münasibətlərin İranla əlaqələrə təsirinə də toxunub: “Azərbaycanla İsrail arasında yaxşı əlaqələr var və rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu əlaqələr İrana qarşı yönəlməyib. Biz Azərbaycan rəsmilərə inanırıq. Bu, iki ölkə arasında mövcud olan standart əlaqələrdir”.

Azərbaycan-İran münasibətlərinə toxunan səfir deyib ki, bəzən iki dövlətlər arasında anlaşmazlıq olur, amma bu hallar iki qonşu ölkələri və insanların arasında maneəyə çevirməməlidir: “Bəli, belə hallar olub. Məsələn “Eurovision” müsabiqəsi zamanı belə anlaşmazlıqlar vardı, amma diplomatik səyləri nəticəsində bu məsələ həll olundu. Bizim Azərbaycanla münasibətlərimiz inam üzərində qurulub, bizim hələ çox görəcəyimiz işlər var”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabında səfir deyib ki İran bu münaqişəsi ilə bağlı öz vasitəçi rolunu təklif etməyə hazırdır: “Azərbaycan və Ermənistan fərqli ölkələrdir. İran 15 ölkə ilə qonşudur. Pakistanla Əfqanıstan arasında ziddiyyətlərə baxmayaraq biz hər iki ölkə ilə əməkdaşlıq edirik. Bizim İraq və Türkiyə ilə də yaxşı əlaqələrimiz var, baxmayaraq ki bu iki ölkə arasında da ziddiyyətlər var. İran Ermənistanla Azərbaycan arasında dialoqda vasitəçi olmağa hazırdır, amma hər iki tərəf Minsk Qrupu formatını seçdilər. Biz düşünürük ki, ATƏT-in Minsk Qrupunun səyləri uğursuz olacaq, çünki həmsədr ölkələr münaqişəni uzun illərdir həll etməyə çalışsalar da, bunu etmək üçün güclü iradələri yoxdur. Bəlkə də, Minsk Qrupuna həmsədr ölkələr danışıqlar prosesini uzatmaq istəyirlər ki, Azərbaycan və Ermənistandan müəyyən imtiyazlar qopara bilsinlər”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR