Belçika hərbiçiləri üç Somali piratını saxlayıb

 Belçika hərbiçiləri üç Somali piratını saxlayıb
# 28 dekabr 2012 03:12 (UTC +04:00)

Bakı-APA. Belçikanın “Luiza-Mariya” freqatının hərbi dənizçiləri Somali sahilləri yaxınlığında üç piratı saxlayıblar.

APA-nın verdiyi xəbərə görə, pirat gəmisində yanacaqla dolu bir necə çəllək olub, lakin silah tapılmayıb. Hal hazırda onların tanker və gəmilərə hücumlarda iştirakı araşdırılır. Belçikanın “Luiza-Mariya” hərbi gəmisi Avropa Şurasının Somali sahillərində “Atalanta» adlı təhlükəsizlik missiyasına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR