Mübariz Əhmədoğlu: “İran Mehri SES-i Allahdan və Azərbaycandan qorumaq haqqında ermənilərin qarşısında öhdəlik götürüb”

Mübariz Əhmədoğlu: “İran Mehri SES-i Allahdan və Azərbaycandan qorumaq haqqında ermənilərin qarşısında öhdəlik götürüb”
# 11 fevral 2013 10:18 (UTC +04:00)

Bakı-APA. “Ermənistanın energetika və təbii resurslar nazirinin müavini Simonyan parlamentin iclasında Mehri SES-in tikintisi layihəsinə edilən dəyişikliklər barədə məlumat verdi. Bu dəyişikliklər Mehri SES-in tikintisinin və istismarının təhlükəsizliyinə və təminatlılığına aiddir. O İran-Ermənistan layihələri ilə bağlı məlumat verdi”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Politoloq bildirib ki, indi İran-Ermənistan münasibətləri barədə danışmaq Ermənistanda dəbdədir: “”Ermənilərin ikinci sort millət hesab etdiyi iranlıların qoyunlarının Ermənistanda otlaması ermənilərin acığına gəlir. Guya İran qoyunları Ermənistana xəstəlik gətirəcək. Amma İran çobanlarının milliyyətinin azərbaycanlı olması da onları narahat edir. İranda və ya Azərbaycanda yaşamasından asılı olmayaraq azərbaycanlı azərbaycanlıdır. Ermənistanda və onun hüdudlarından kənardakı ermənilər otlaqların icarəyə verilməsi ilə bağlı gündə bir fikir bildirir, müraciət paylayır. Ona görə rəsmilər tez-tez İran-Ermənistan iqtisadi münasibətlərinə qayıtmaq məcburiyyətindədir. Hələlik Ermənistan hökumətinin əsas arqumenti ondan ibarətdir ki, erməni torpaqlarının İran qoyunlarına otlaq kimi icarəyə verilməsinə dair heç bir müqavilə imzalanmayıb. Ehtimal ki, erməni hökuməti belə bir müqaviləni imzalamağa hazırlaşır. Ona görə əvvəllər imzalanmış müqavilələrin bəzi sirli bəndlərini indi açıqlamaq, əlavələr etmək məcburiyyətindədirlər. Yuxarıda adı çəkilən nazir müavini Mehri SES haqqında İranla Ermənistan arasında imzalanmış müqavilənin bəndindən danışdı.

A) Mehri SES-in bəndinin doldurulması üçün İran tərəfi lazım gələrsə, Urmiya üçün nəzərdə tutulan digər suları, o cümlədən Qaraçilərdəki tikilmiş bəndin suyunu da Mehri SES-nin bəndinə yönəldəcək. Hər-halda Urmiya ekoloji fəlakətinin yaradılmasında İran dövlətinin şüurlu siyasətinin daha bir sübutu meydana çıxdı. Bunu erməni nazir müavini deyib. İran prezidentinin erməni nazir müavinin sözünü təkzib etdirməyə cəsarəti çatmaz.

B) Mehri SES-in təhlükəsizliyi ilə İran məşğuldur və o bu təhlükəsizliyə təminat verib.

Nazir müavini A.Simonyanın verdiyi bu bəyanat şok olsa da bizdə qətiyyən təəccüb yaratmadı. Çünki İranı elə belə də tanıyırıq. Lakin Mehri SES-nin təhlükəsizliyi məsələsi ortalığa hədsiz maraqlı məsələlər çıxarır. Mehri SES-i elə coğrafiyada yerləşir ki ora İran, Ermənistan və Azərbaycandan başqa heç bir dövlət müdaxilə edə bilməz. İran hədiyyə olaraq Ermənistana SES bağışlayır. Beləliklə İran və Ermənistan bu stansiya üçün təhlükə yaratmayacaqlar. Ehtimali təhlükə iki yerdən ola bilər. Biri Azərbaycan Respublikasından, digəri isə Allahdan. Allah hansısa bir zəlzələ, yer sürüşməsi, güclü sel yarada bilər. Əlində nə var ki. Biz iranlı deyilik. Allahın gücünə, əməllərinə zərrə qədər şübhəmiz yoxdur. Mehri SES-in Azərbaycanın işğal olunmuş Arazboyu ərazilərində yerləşdiyini nəzərə alsaq, İranın Ermənistanın əvəzində işğal olunmuş əraziləri ermənilərin xeyrinə qoruduğunun sübutunun üzə çıxdığından danışmaq olar. Bu bizim dəlilimiz, bizim məntiqimizdir. İranın əlində bu mövzuda başqa bir dəlili varsa, buyurub ortalığa qoya bilər. Lakin İranın qanını qaraltmağa məcburam. Çünki İranın yalanlarından biri də üzə çıxdı. Amerikadakı 370 dərəcə en dairəsində, və Rusiyadakı 0-10 üfüqi qurşaqda yerləşən mərkəzlərdən sızdırılan məlumatlara görə, Allah-Təala bilatəşbih, ölməyib, salamatdır, Allahın ölməsi ilə bağlı İranda olan məlumat yalandır. Həmin iki mötəbər mənbənin sızdırdığı məlumata görə Tanrı kişinin gücü təxminən sonsuz enn bərabərindədir. Ağlının müdrikliyi isə bütün kainatı sabit, sakit tərzdə ölçüsüz kvadritrilyon il müddətinə idarə etməyə çatır. Bəsirətini isə ölçə bilmədilər-hələ belə aparat yarada bilməyiblər. Bu xəbərdən sonra İranın qanının uzun müddət qaralacağına inanmırıq, çünki onları öz yalanlarından başqa heç nə maraqlandırmır. Doğrudan, birdən Allah-Təala Mehriyə zəlzələ göndərdi və ya Araz coşdu. İran görəsən nə edəcək?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR