Bakı MDB üzrə Rusiyadan olan turistlərin beş ən çox səyahət etdiyi şəhərdən biridir

Bakı MDB üzrə Rusiyadan olan turistlərin beş ən çox səyahət etdiyi şəhərdən biridir
# 08 dekabr 2014 11:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı 2014-cü ildə MDB-də Rusiyadan olan turistlərin beş ən çox səyahət etdiyi şəhərdən biridir.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın oktogo.ru otellərin onlayn bronlaşdırılması xidmətinin dərc etdiyi reytinqdə deyilir.

Reytinq 2014-cü ildə MDB-də rusların bronlaşdırdıqları otel məlumatları əsasında tərtib olunub.

Rusiyalı turistlərin səyahət etdikləri MDB-nin ən populyar 10 şəhərinin siyahısına Minsk, Kiyev və Almatı başçılıq edib. Daha sonra ilk onluğa Bakı, İrəvan, Astana, Kişinyov, Daşkənd, Bişkek və Brest daxil olub.

Onu da qeyd edək ki, qonşu ölkədən olan turistlər üçün qalmaq xərclərinə əsas MDB-də ən bahalı Astana (Qazaxıstan), ən münasib isə Bişkek (Qırğızıstan) olub. Astanada ruslar mehmanxanada qalmaq üçün orta hesabla bir günə 194 dollar, Bişkekdə isə 69 dollar xərcləməli olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR