İranda zəlzələ qurbanlarının sayı 37 nəfərə çatıb - YENİLƏNİB - FOTOSESSİYA

İranda zəlzələ qurbanlarının sayı 37 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2013 01:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları açıqlama verib. Məlumata görə, 100-dək xəsarət almış insan xəstəxanalara yerləşdirilib.

İranın IRNA rəsmi informasiya agentliyinin xəbərinə görə, təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hormuc şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb.

Buşəhr vilayətinin qubernatoru açıqlamasında qeyd edib ki, zəlzələ nəticəsində atom elektrik stansiyasına heç bir zərər dəyməyib.

APA-nın məlumatına görə, zəlzələdən zərərçəkənlər üçün 500 çadır, 200 ədyal göndərilib. Ölü və yaralı sayının artacağı istisna edilmir. Ölkə prezidenti Mahmud Əhmədinejad zəruri tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. Saat 16:35-də 5.3 bal gücündə ikinci zəlzələ baş verib. İlk bir saat ərzində 10 afterşok qeydə alınıb. Onlardan 9-u 4 baldan çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR