İsrail ordusu Qəzzada əməliyyatlara ara verib

İsrail ordusu Qəzzada əməliyyatlara ara verib
# 28 iyul 2014 11:33 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. ABŞ və BMT-nin xəbərdarlığından sonra İsrail ordusu Qəzzada hücum əməliyyatlarına ara verib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun qərargahından bildirilib.

1000-dən çox insanın həlak olduğu müharibənin 21-ci günündə artan beynəlxalq təzyiqlər İsrail tərəfindən nəzərə alınsa da, İsrail rəsmiləri ancaq HAMAS-ın həmlələrinə cavab verəcəklərini bəyan ediblər.

Qeyd olunur ki, bu gün səhər saatlarında HAMAS tərəfdən İsrailin Aşkelon şəhərinə bir raket atılıb. İsrail rəsmilərinin sözlərinə görə, hava əməliyyatları səngisə də, tərəflər quruda manevrlərin dayandırılması ilə bağlı yekun razılığa gələ bilməyib.

İsrail ordusu HAMAS-a aid tunelləri partlatmağı davam etdirdiyinə görə, HAMAS bundan əvvəlki atəşkəs razılaşmasını pozmuşdu. Lakin ötən gün təşkilatın yaydığı bəyanatda Ramazan bayramı ilə əlaqədar atəşkəs təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR