Ermənistan nümayəndələri Avronest PA-nın Bakıda keçiriləcək toplantısında iştirakdan imtina ediblər

Ermənistan nümayəndələri Avronest PA-nın Bakıda keçiriləcək toplantısında iştirakdan imtina ediblər
# 08 fevral 2013 14:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ermənistan nümayəndə heyəti Avronest Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi komitəsinin fevralın 11-13-də Bakıda keçiriləcək iclasında iştirakdan imtina ediblər. Bu barədə APA-ya Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov məlumat verib. O, Azərbaycan tərəfinin Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat verdiyini bildirib: “Biz Avronset PA-nın həmsədrlərinə bununla bağlı müraciət edərək bəyan etdik ki, erməniləri qəbul etməyə, onların təhlükəsizliyinə tam təminat verməyə hazırıq və erməniləri Bakıda görməyə şad olarıq. Amma bu günlərdə Ermənistan nümayəndə heyətinin rəhbəri Artak Sakaryan Avronest PA-nın həmsədrləri Kristian Vigenin və Boris Tarasyuka müraciət edərək bildirib ki, Bakıda keçiriləcək iclasda iştirak edə bilməyəcəklər. Səbəb kimi də ölkələrində keçiriləcək prezident seçkilərini və buna görə iş qrafiklərinin sıxlığını göstəriblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR