Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək

Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək
# 29 yanvar 2013 09:15 (UTC +04:00)

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, yanvarın 30-da bölgələrdə əsasən gecə və axşam yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yanvarın 31-də əsasən şərq rayonlarında hava yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Temperatur Aran rayonlarında 3-8 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtandan 3 dərəcəyədək isti gözlənilir.

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da gecə və səhər bəzi yerlərdə az yağıntılı olacaq. Yanvarın 30-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 31-də isə mülayim-şimal şərq küləyi əsəcək. Havanın temperaturu yanvarın 30-da gündüz 4-7 dərəcə isti, yanvarın 31-də isə 3-5 dərəcə isti gözlənilir.

Sabahdan etibarən Bakıda Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bakıda və Abşeron yarımadasında bugünki kimi güclü yağış olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR