Türkiyədə Akkuyu AES-in dəniz qurğularının təməlqoyma mərasimi keçirilib

Türkiyədə Akkuyu AES-in dəniz qurğularının təməlqoyma mərasimi keçirilib
# 14 aprel 2015 12:45 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Mersin vilayəti ərazisində ölkənin ilk atom elektrik stansiyası olacaq Akkuyu AES-in dəniz qurğularının təməlqoyma mərasimi keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, mərasimdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Rusiyanın atom enerjisi üzrə dövlət korporasiyası “Rosatom”un baş direktoru Sergey Kiriyenko, “Akkuyu” nüvə enerjisi anonim şirkətinin baş direktoru Fuad Axundov və digər rəsmi şəxslər iştirak edib.

T. Yıldız tarixi layihənin təməlinin gələn il qoyulacağını və 4 il ərzində tamamlanacağını deyib. O bildirib ki, nüvə enerjisi olmadan inkişaf mümkün deyil: “Əgər bu atom elektrik stansiyası bu gün çalışsaydı, Türkiyənin enerji ehtiyacının 28 faizini təmin edərdi. Başqa sözlə desək, İstanbul şəhərinin bütün enerji ehtiyacı təmin edilmiş olacaqdı”.

Nazir AES-in 9 bal gücündə zəlzələyə davamlı olacağını və layihədə 10 min nəfərin çalışacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR