Avropa Parlamentində Avropa Birliyi-Azərbaycan ticarət əlaqələri müzakirə olunub

Avropa Parlamentində Avropa Birliyi-Azərbaycan ticarət əlaqələri müzakirə olunub
# 06 mart 2013 12:03 (UTC +04:00)

AAC-dan APA-ya verilən məlumata görə, bu görüş Avropa Parlamenti üzvləri və Avropa Komissiyasına Avropa Birliyinin Azərbaycanla ticarət əlaqələrinin gələcək perspektivlərini müzakirə etməyə imkan yaradıb.

Tədbirdə Azərbaycanın Avropa Birliyindəki nümayəndəliyinin rəhbər müavini Fərəh Gözəlova və Avropa Komissiyasının Ticarət üzrə baş direktorluğunun nümayəndəsi Luc Devigne də iştirak edib.

AAC-ın Belçika nümayəndəliyinin rəhbəri Roman Huna bildirib ki, dünyada ən mühüm ticarət birliklərindən biri olan Avropa Birliyi Azərbaycanla ticarət əlaqələrini inkişaf etdirməkdə çox maraqlıdır: “Bu tədbiri təşkil etməklə Avropa Azərbaycan Cəmiyyəti kommersiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına öz töhfəsini vermək istəyir”.

Avropa Parlamentinin üzvü Hans Van Baalen bildirib ki, Avropa Birliyi Avropa Qonşuluq Siyasəti çərçivəsində ticarət əlaqələrinin genişlənməsini və AB-yə iqtisadi inteqrasiyanı dəstəkləyir: “Avropa Qonşuluq Siyasəti Azərbaycanla Avropa Birliyinin qarşılıqlı fayda əldə etmək məqsədilə birgə fəaliyyəti üçün əsas yaradır. Söhbət Cənubi Qafqazda ən mühüm iqtisadiyyata malik Azərbaycandan gedirsə, bu, xüsusilə əhəmiyyətlidir”.

Fərəh Gözəlova qeyd edib ki, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib: “Son bir neçə ildə ölkənin xarici ticarət dövriyyəsinin 46 faizi Avropa Birliyinin payına düşür. Bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan Avropa Birliyinin etibarlı tərəfdaşı olmağa davam edəcək”.

Avropa Komissiyasının Ticarət üzrə baş direktorluğunun nümayəndəsi Luc Devigne qeyd edib ki, ticarət və investisiya AB və Azərbaycan arasında gələcək əməkdaşlığın inkişafı üçün aparıcı faktordur: “Avropa Birliyi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü təmin etməsinə yardım etmək üçün səylərini davam etdirməlidir. Azərbaycan Avropa Birliyi üçün ən maraqlı ticarət tərəfdaşları arasındadır. Ticarət əlaqələrinin hər iki tərəfin maraqlarına uyğun daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR