Almaniyada Azərbaycanın təhlükəsizlik problemləri müzakirə olunacaq

Almaniyada Azərbaycanın təhlükəsizlik problemləri müzakirə olunacaq
# 08 aprel 2013 14:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanlı deputatlardan və yüksək rütbəli zabitlərdən ibarət nümayəndə heyəti Almaniyanın Münhen şəhərinin Qarmiş hərbi şəhərciyində keçiriləcək “Parlament - hərbi əlaqələri və nəzarət” adlı beynəlxalq seminara qatılacaqlar. Bu barədə APA-ya məlumat verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, 9-12 aprel tarixlərində keçiriləcək seminarda onunla yanaşı, bir sıra deputatlar və ölkənin hərbi qurumlarından olan yüksək rütbəli zabitlər iştirak edəcək. Azərbaycan nümayəndə heyəti ABŞ səfirliyinin təşkilati dəstəyi ilə seminara qatılacaq.

Avropada təhlükəsizlik üzrə Corc Marşal Mərkəzinin təşkil etdiyi beynəlxalq seminarda əsasən ölkələrdəki müdafiə və təhlükəsizlik məsələlərinə nəzarət müzakirə olunacaq, bununla bağlı dünyadakı müxtəlif təcrübələr təqdim ediləcək. Seminarda əvvəlkilərdən fərqli olaraq Azərbaycanla bağlı xüsusi gündəlik nəzərdə tutulub. Azərbaycanda və ölkənin yerləşdiyi regionda təhlükəsizlik məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR