Çex Respublikasının xarici işlər nazirinin müavini BDU-da olub - FOTO

Çex Respublikasının xarici işlər nazirinin müavini BDU-da olub - <span style="color: red;">FOTO
# 19 may 2015 13:37 (UTC +04:00)

Bakı-APA. Çex Respublikasının xarici işlər nazirinin müavini Petr Drulakın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.


BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, tələbə-müəllim heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində görülən işlərdən, Azərbaycan və Çex universitetləri arasındakı əməkdaşlıqdan, tələbə - müəllim mübadiləsi, birgə layihələr üzərində həyata keçirilən işlərdən bəhs edib.

Petr Drulak isə çıxışında bu görüşün əhəmiyyətindən söz açıb, Çex Respublikası - Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib.


Qonaqlar universitetin Tədris elektron mərkəzi ilə tanış olduqdan sonra görüş Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın universitet tələbələri üçün mühazirəsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR