Babək prospektində yeraltı piyada keçidinin tikintisi başa çatıb - FOTO

Babək prospektində yeraltı piyada keçidinin tikintisi başa çatıb - <span style="color: red;">FOTO
# 30 oktyabr 2014 13:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, müasir standartlara uyğun inşa olunan keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3,20 metrdir.

“İki giriş - çıxışı olan keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma sistemi, qrunt sularının kənarlaşdırılması üçün nasosxana quraşdırılıb”, - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR