Hazırda 1276 azərbaycanlı gənc 27 ölkənin 200-dək universitetində təhsil alır

Hazırda 1276 azərbaycanlı gənc 27 ölkənin 200-dək universitetində təhsil alır
# 06 mart 2013 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən ildə müxtəlif ölkələrin ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali məktəblərinin bakalavriat, magistratura, doktorantura səviyyələrində, tibb üzrə isə rezidentura və aspiranturaya təhsil almaq üçün 719 nəfər Azərbaycan vətəndaşı göndərilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunub. Hesabatda bildirilib ki, hazırda Dövlət proqramı, öz vəsaitləri hesabına, müxtəlif mübadilə proqramları çərçivəsində və digər mənbələr hesabına 10 mindən artıq azərbaycanlı tələbə dünyanın müxtəlif ali təhsil müəssisələrində təhsil alır.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı”na əsasən, 2012-ci ildə 606 nəfər, 2007-2012-ci illər ərzində isə ümumilikdə 1792 nəfər xaricdə təhsil almağa göndərilib. Proqrama əsasən təhsil alan 500-dən artıq tələbə təhsilini başa çatdırıb və onların müəyyən hissəsi ölkəyə qayıdaraq dövlət, özəl sektorda fəaliyyət göstərirlər. Hazırda dövlət proqramına uyğun olaraq 27 ölkənin 200-dək universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində 1276 nəfər prioritet ixtisaslar üzrə təhsil almaqdadır. Ali təhsil sahəsində aparılan islahatlar və infrastrukturun müasirləşməsi nəticəsində Azərbaycanda təhsil alan əcnəbi tələblərin sayı ilbəil artır. Əgər 2004-cü ildə Azərbaycanın ali məktəblərində 2471 nəfər əcnəbi tələbə təhsil alırdısa, hazırda onların sayı 7 min nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR