Xaçmazda iki maşın toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Xaçmazda iki maşın toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 22 iyun 2016 07:22 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 33-cü km-liyində qeydə alınıb.

Şəmkir rayon sakini, 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomaşınla Xaçmaz rayon sakini, 26 yaşlı Toğrul Məhərrəmovun idarə etdiyi “Priora” markalı maşın toqquşub.

Nəticədə T. Məhərrəmov ölüb, “Mercedes”in sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR