Afrika İttifaqının nümayəndə heyəti Bakıya gəlib

Afrika İttifaqının nümayəndə heyəti Bakıya gəlib
# 31 yanvar 2013 14:54 (UTC +04:00)

Bakı-APA. Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Gənclər və İdman Nazirliyinin (GİN)dəvəti ilə Bakıda səfərdədir. Nazirlikdən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xarici İşlər Nazirliyində, Dövlət Neft Fondunda, GİN-də, Azərbaycan Diplomatiya Akademiyasında olacaq və müxtəlif gənclər təşkilatları ilə görüşəcəklər.

Səfər çərçivəsində Afrika İttifaqı ilə gənclər sahəsində əməkdaşlıq, Azərbaycanın Afrika İttifaqının Gənclər nazirlərinin konfransında müşahidəçi statusda təmsil olunması, Afrika dövlətlərinin gəncləri üçün “təlimçilər üçün təlim” prqoramının təşkili, gənc mütəxəssislər üçün təcrübə kurslarının keçirilməsi, gənclər təşkilatları arasında əməkdaşlıq, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı gənc mütəxəssislər üçün Azərbaycan təcrübəsinin öyrənilməsi və s. istiqamətlərdə əməkdaşlıq kimi məsələlər müzakirə ediləcək.

Qonaqlar sabah saat 09.45-də GİN-də nazir müavini İntiqam Babayevlə görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR