Pakistanın sabiq daxili işlər naziri: “Azərbaycan və Pakistan terrora qarşı səylərini birləşdirməlidir”

Pakistanın sabiq daxili işlər naziri: “Azərbaycan və Pakistan terrora qarşı səylərini birləşdirməlidir”
# 29 yanvar 2013 15:36 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Pakistanın sabiq daxili işlər naziri, senator Şahzad Vasim Xan deyib.

Senatorun sözlərinə görə, Şimali Vəziristanda terrorizmə qarşı mübarizə Pakistanın qarşısında duran ən vacib məsələdir. “Əfqanıstandan və Pakistanın bu ərazisindən istifadə edən bir çox terrorçu qruplaşma və radikal dini cərəyanlar ölkədə sabitliyi pozmaqla məşğuldur. Mən bilirəm ki, Azərbaycan da erməni terrorizmindən əziyyət çəkir. Torpaqlarının bir hissəsi işğal altındadır. Terrorizmə, xüsusən də beynəlxalq terrorizmə qarşı Azərbaycan və Pakistan öz səylərini birləşdirməlidir”.

Vasim Xan bildirib ki, Şimali Vəziristanda Pakistan ordusuna qarşı vuruşanların çoxu müxtəlif radikal dini cərəyanların təsiri altına düşən gənclərdir. “Biz bir sıra dövlətlərin Pakistanda sabitliyin pozulmasında maraqlı olduğunu gözəl bilirik. Həmin döyüşçülərin Şimali Vəziristan ərazisinə hansı yollarla keçdiyindən də xəbərdarıq. Həmin dairələr bir şeyi başa düşməlidirlər ki, heç kim Pakistan dövlətinin qüdrətini sarsıda bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR