Paşha Bank
Bank Of Baku

Gəncədə 42 yaşlı kişi dördüncü mərtəbədən yıxılıb

Gəncədə 42 yaşlı kişi dördüncü mərtəbədən yıxılıb
# 16 noyabr 2026 19:37 (UTC +04:00)

Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1984-cü il təvəllüdlü A. Baxışəliyev beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

42 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

A. Baxışəliyevin hansı şəraitdə yıxılması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR