Gəncədə avtomobildə infarkt keçirərək ölən sürücünün kimliyi bilinib.
APA-nın yerli bürosunun məlumatına görə, o, 1977-ci il təvəllüdlü Allahverdiyev Rəşid Tofiq oğludur.
***
15:46
Xəbərə foto əlavə edilib.
***
15:32
Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.
APA- nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü orta yaşlı kişi sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.