ADU-da Çinin Yeni il bayramı qeyd olunub

ADU-da Çinin Yeni il bayramı qeyd olunub
# 20 fevral 2013 13:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Dillər Universitetində (ADU) Çinin Yeni il bayramı keçirilib.

APA-nın məlumatına görə, mərasim zamanı çıxış edən ADU-nun rektoru Səməd Seyidov bildirib ki, Azərbaycan-Çin münasibətləri təhsil sahəsində də inkişaf edir.

Rektor deyib ki, bu ilin aprelindən universitetdə Çin dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayacaq. O, universitetdə ötən ildən Çin dilinin tədris olunduğunu qeyd edib.

Daha sonra çıxış edən Çinin Azərbaycandakı səfiri Xun Tsuyin iki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, münasibətlər siyasi, iqtisadi, təhsil və digər sahələr üzrə artmaqdadır.

Daha sonra Azərbaycanda Çin dili ixtisası üzrə təhsil alan tələbələrin ifasında Çin rəqs, musiqi və şeirləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR