Erməni seçici prezident Serj Sərkisyana Azərbaycan dilində müraciət edib - VİDEO

Erməni seçici prezident Serj Sərkisyana Azərbaycan dilində müraciət edib - <span style="color: red;">VİDEO
# 14 fevral 2013 12:05 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Ermənistanın prezidenti Serj Sərkisyan dünən Vardenis şəhərində seçicilərlə görüş keçirib. APA-nın “Aravot” qəzetinə istinadən verdiyi məlumata görə, görüş zamanı bir qoca kişi Serj Sərkisyana Azərbaycan dilində müraciət edib: “İcazə verin, kağızda yazdığım sözlərdən başqa öz ürək sözlərimi deyim. Prezidentin, kişinin dediyi sözün dəyəri böyükdür. Bu dəyəri aşağı salmağa olmaz”.

Qoca kişi öz fikirlərini erməni dilinə tərcümə etmək istəyəndə Serj Sərkisyan onun sözünü kəsib bunları dedi: “Mən sizin dediklərini anladım, yadınızdan çıxarmayın ki, mən də bu dili başa düşürəm. Siz deyəsən köhnə vaxtlar üçün darıxmışsınız”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR