Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 700 mln. dolları ötüb - YENİLƏNİB - FOTO

Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 700 mln. dolları ötüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 22 aprel 2013 12:16 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Son illər Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi artıb. “APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda səfərdə olan Gürcüstan Maliyyə Nazirliyinin Gömrük Xidmətinin rəisi Laşi Xuçişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 450 mln. dollar idisə, 2012-ci ildə bu rəqəm 700 mln. dolları keçib: “Bu ilin ilk 3 ayında isə 200 mln. dollara yaxınlaşıb”.

DGK sədri deyib ki, ticarət dövriyyəsinin artması iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi və birgə layihələrin nəticəsidir: “Regionda enerji daşıyıcılarının nəqli üçün inşa edilən boru kəmərləri, eləcə də tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi iki ölkənin bir yerdə olmasının sübutudur”.

Gürcü qonaq qeyd edib ki, iki ölkə arasında iqtisadi və insani münasibətlər yüksək səviyyədədir. Gürcüstanla Azərbaycan arasında münasibətlərin həmişə pozitiv inkişaf etdiyini deyən L.Xuçişvili əmin olduğunu bildirib ki, bu səfər əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR