Həmkarını öldürən avtobus sürücüsünün məhkəməsi başlayıb

Həmkarını öldürən avtobus sürücüsünün məhkəməsi başlayıb
# 13 iyul 2016 09:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.


APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi üzrə dövlət ittihamçısı dəyişdirildiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 18-ə təyin olunub.

Xatırladaq ki, 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü olmuş 37 yaşlı M. Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini sükan arxasında bıçaqlayıb. Xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb. Sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. M. Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR