Dünya bazarında neftin ucuzlaşması Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb

Dünya bazarında neftin ucuzlaşması Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb
# 10 sentyabr 2014 15:07 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Dünya bazarında neftin bir barelinin qiymətinin 100 ABŞ dollarından aşağı düşməsi Rusiya maliyyə bazarına ciddi təsirini göstərib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 1 ABŞ dollarının dəyəri 11 qəpik yüksələrək 37,14 rubla çatıb. 1 avro isə 4 qəpik bahalaşaraq 48,02 rubla bərabər olub.

Ukrayna böhranı, qlobal iqtisadiyyatda durğunluq, investisiyaların geriləməsi və Qərb ölkələrinin sanskiya və embarqoları Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb.

Brend markalı neftin bir barelinin 99,2 dollardan satılarkən, Ural neftinin bir barelinin qiyməti 96,3 dollara qədər düşüb. Livyada neft hasilatının başlanması, Çin və Avropa bazarlarında təlabatın azalması neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Ekspertlərin fikrincə, neftin qiyməti 90 dollara düşəcəyi təqdirdə Səudi Ərəbistanı və OPEC təşkilatı ölkələri hasilatı azalda bilərlər.

Rusiya birjasında bir müddət əvvəl canlanma müşahidə olunsa da, birja yenidən əvvəlki vəziyyətinə qayıdıb. Rusiya 2014-cü il üçün neftin qiymətinin 110 dollar səviyyəsində olacağını gözləyirdi. "Reuters" hesablamalarına görə, neftin qiymətində 1 dollarlıq enmə Rusiya büdcəsinə 1,4 milyard dollar itki kimi təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR