Bağdadda silsilə partlayışlar nəticəsində azı 36 nəfər ölüb, 100 nəfər yaralanıb

Bağdadda silsilə partlayışlar nəticəsində azı 36 nəfər ölüb, 100 nəfər yaralanıb
# 16 oktyabr 2014 23:47 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, ən güclü partlayış Bağdadın şimalındakı Talibiyyə rayonunda törədilib. Terrorçu-kamikadze tərəfindən idarə olunan avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb. Baş vermiş güclü partlayış nəticəsində 12 nəfər ölüb, 28 nəfər yaralanıb.

Bundan başqa, paytaxtın qərbindəki Ad-Dəuləyi rayonunda iki avtomobilin partladılması nəticəsində 16 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Partlayışlar həmçinin Aş-Şəulə və Hürriyə rayonlarında da törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR