Serbiyanın müdafiə naziri Müdafiə Sənayesi Nazirliyində olub

Serbiyanın müdafiə naziri Müdafiə Sənayesi Nazirliyində olub
# 12 avqust 2014 15:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə Sənayesi Nazirliyində Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə APA-ya MSN-in mətbuat xidmətindən məlumat verilib.

Müdafiə sənayesi naziri Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti və 11-13 sentyabr 2014-cü il tarixlərində keçiriləcək “ADEX-2014” 1-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında mövcud müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milanko Bajçeto iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda istehsal prosesinin gedişini izləyib, nazirliyin müəssisələrində istehsal edilən məmulatlarla tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR