Mübariz Qurbanlı: “Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir”

 Mübariz Qurbanlı: “Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir”
# 16 mart 2015 15:58 (UTC +04:00)

Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı M. Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunverciliklə tənzimlənir.

Komitə sədri deyib ki, ölkədə dini radikalizm meyillərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir: “Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər”.

Qonaq Azərbaycandakı tolerantlıq mühitindən, müxtəlif xalqların və dini konfessiya nümayəndələrinin birgə yaşayışından məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycan müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus insanlar birgə və sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR