NATO baş katibinin illik hesabatı açıqlanıb

NATO baş katibinin illik hesabatı açıqlanıb
# 31 yanvar 2013 12:28 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. NATO-nun baş katibi Anders Foq Rasmussenin 2012-ci il üçün hesabatı açıqlanıb. APA-nın xəbərinə görə, hesabatda alyansın ötənilki fəaliyyəti, tərəfdaş ölkələrlə əməkdaşlıq məsələləri və təşkilatın prioritetləri əksini tapıb.

Sənəddə deyilir ki, NATO və İSAF missiyasında iştirak edən 22 tərəfdaş ölkə Əfqanıstandakı missiyanın yerinə yetirilməsi işinə bağlılığını saxlayır. Lakin NATO-nun Lissabon sammitində qərar verildiyi kimi, əfqan təhlükəsizlik qüvvələri 2014-cü ilin sonlarından başlayaraq ölkədə təhlükəsizliyin təmin olunmasına tam cavabdeh olacaqlar. 2003-cü ilin ortalarından etibarən Əfqanıstanın bütün rayonlarının təhlükəsizliyini əfqan tərəfi təmin edəcək.

Hesabatda NATO-nun Türkiyədə təhlükəsizliyin təmin olunmasına verdiyi dəstək də əks olunub. Xatırladaq ki, NATO Türkiyənin xahişi ilə bu ölkədə “Patriot” raket sistemləri yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR