Magistraturaların boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatıb

Magistraturaların boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatıb
# 11 avqust 2014 10:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1077 bakalavr boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini edib və elektron ərizəsini təsdiqləyib.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına boş qalan plan yerlərinin sayı 1442-dir. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında təqdim olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR