Ziyafət Əsgərov: “Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan”

Ziyafət Əsgərov: “Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan”
# 17 oktyabr 2014 10:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Layihəyə əsasən Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Millət vəkili Aqil Abbas isə söz alaraq deyib ki, Leyla Yunusa 5 saat ərzində viza verən Fransa səfirliyindən viza ala bilmir. MM sədrinin birinci müavini Ziyafət Əsgərovun cavabı qısa olub: “Aqil müəllim, Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan”.

Qanun layihəsinə dəyişiklik qəbul edilib.

Milli Məclisdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Reklam haqqında”, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” qanunlara dəyişikliklər də müzakirəyə çıxarılıb. Dəyişiklik bu qanunların Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması ilə bağlıdır. Dəyişikliklər qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR