Dövlət Komitəsində İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komitəsində İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib
# 04 iyun 2015 13:08 (UTC +04:00)

Komitədən APA-ya verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları da iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir: “Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir”. Azərbaycanda dini durumun sabit olduğunu vurğulayan Dövlət Komitəsinin sədri müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib: “Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib və ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir”. M. Qurbanlı hər il dövlət büdcəsindən dini icmalara maliyyə vəsaitinin ayrıldığını və bu vəsaitin qeyri-islam dini icmalara da verildiyini vurğulayıb.

Qəbul üçün minnətdarlıqlarını bildirən Komissiya üzvləri ölkəmizdə dini azlıqların vəziyyəti ilə maraqlanıb və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR