Paşha Bank
Bank Of Baku

Kürdəmirdə meyiti tapılan şəxslə bağlı rəsmi açıqlama verilib - YENİLƏNİB

Kürdəmirdə meyiti tapılan şəxslə bağlı rəsmi açıqlama verilib - YENİLƏNİB
# 18 oktyabr 2026 10:14 (UTC +04:00)

Kürdəmirdə dəmir yolu kənarında kişi meyitinin aşkarlanması ilə bağlı rəsmi açıqlama verilib.

APA xəbər verir ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti dəmir yolu kənarında kişi meyiti aşkarlayıb.

Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Qeyd edək ki, daha əvvəl Kürdəmir rayonunun Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevin meyitinin aşkarlanması barədə məlumat yayılıb.

***

09:19

Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dəmir yol xəttinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.

O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR