Paşha Bank
Bank Of Baku

AQTA sədri: “Qida təhlükəsizliyi sistemində risk əsaslı nəzarət sistemi həyata keçirilir”

AQTA sədri: “Qida təhlükəsizliyi sistemində risk əsaslı nəzarət sistemi həyata keçirilir”
# 13 iyun 2019 16:58 (UTC +04:00)

“Qida Təhlükəsizliyi Agentliyi ilə Avropa Birliyinin müvafiq qurumları arasında əldə olunmuş razılığa əsasə, hazırda Azərbaycanda qida təhlükəsizliyi sistemində beynəlxalq qaydalara uyğun risk əsaslı nəzarət sistemi həyata keçirilir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinn sədri Qoşqar Təhməzli bildirib. AQTA sədri bildirib ki, eyni zamanda ixrac zamanı ixracçı dövlətin tələbinə uyğun sertifikatlar təqdim olunur. 

Q.Təhməzli qeyd edib ki, həmin sertifikatlar ixracçı dövlətin tələbinə uyğun olaraq ixrac olunan məhsulun xarakterinə görə baytarlıq, fitosanitar və sağlamlıq sertifikatı ola bilər: “Bu sertifikatların hamısı Avropa Birliyi ölkələrinə ixrac olunan məhsulları müşayiət edir. Həmin dövlətlərdə sertifikatlarımız tanındığı üçün məhsullarımızın ixracı da asanlaşır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR