Opera və Balet Teatrı “Qu gölü” baletini klassik sənət ulduzlarının iştirakı ilə təqdim edəcək

Opera və Balet Teatrı “Qu gölü” baletini klassik sənət ulduzlarının iştirakı ilə təqdim edəcək
# 22 noyabr 2014 12:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Akademik Opera və Balet Teatrı P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada rolları klassik balet sənəti ulduzları - Belorus Akademik Böyük Teatrının əməkdaşı, xalq artisti Olqa Qayko və Belorus Respublikası prezidentinin xüsusi fondunun mükafatçısı İqor Onoşko ifa edəcəklər: “Hər iki sənətçi hazırda Avropanın ən populyar və dəbdə olan balet ulduzlarından sayılır. Onlar London, Paris, Sürix, Münhen, Amsterdam və Avropanın bir sıra digər paytaxt şəhərlərində uğurlu qastrol səfərlərində olublar. 2008-ci ildə Tokioda keçirilən Beynəlxalq balet sənəti festivalında bu cütlük “Qu gölü” baletində əsas partiyaların ən yaxşı ifaçıları üçün təsis edilmiş mükafata layiq görülüblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR