ABŞ Senatının Komitəsində Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyi müzakirə olunur

ABŞ Senatının Komitəsində Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyi müzakirə olunur
# 31 yanvar 2013 18:48 (UTC +04:00)

Vaşinqton. N.Kazımova – APA. ABŞ Senatının Sillahlı Qüvvələr üzrə Komitəsində keçirilən dinləmələrində senator Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyi müzakirə olunur.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, onun namizədliyinin əleyhinə olan senatorların suallarını cavablayan Heygel qeyd edib ki, İrana qarşı əlavə sanksiyalar tətbiq etmək lazımdır. O, ABŞ prezidenti Barak Obamanın lazım gəldikdə İrana qarşı hərbi güc tətbiq ediləcəyi barədə bəyanatını dəstəklədiyini qeyd edib.


Heygelin namizədliyinə qarşı çıxış edənlər onu 2007-ci ildə İranın İslam inqilabı keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaqdan imtina etdiyinə görə tənqid edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR