Paşha Bank
Bank Of Baku

Masazırda minik avtomobili və yük maşını toqquşub, xəsarət alan var - VİDEO

Masazırda minik avtomobili və yük maşını toqquşub, xəsarət alan var - VİDEO
# 14 oktyabr 2026 14:58 (UTC +04:00)

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə qəsəbə ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Changan" markalı minik avtomobili və “ZİL” markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Məmmədov Nihad Fərhad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR