Azərbaycan prezidenti “Bakıelektrikşəbəkə” ASC-nin yeni yarımstansiyaları və inzibati binalarının açılışında iştirak edib

Azərbaycan prezidenti “Bakıelektrikşəbəkə” ASC-nin yeni yarımstansiyaları və inzibati binalarının açılışında iştirak edib
# 31 yanvar 2013 16:21 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verərək bildirib ki ki, Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiya 1974-cü ildə Nərimanov rayonundakı sənaye müəssisələrini, o cümlədən Bakı məişət kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək üçün tikilib istismara verilib. Ötən müddətdə tamamilə köhnələn həmin energetika qurğusunun yerində perspektiv inkişaf da nəzərə alınmaqla ən müasir standartlara cavab verən yeni yarımstansiya inşa olunub.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Daha sonra paytaxtın Nəsimi rayonundakı 117 nömrəli yarımstansiya və Sabunçu rayon Elektrik Təchizatı və Satışı İdarəsinin ofisi ilə canlı bağlantı yaradılıb. Videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılışı olub.


“Bakıelektrikşəbəkə”nin kollektivi ilə görüşən prezident onları yeni yarımstansiyaların və inzibati binaların açılışı münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR