Gəncədə 77 yaşlı kişi bacısı qızını iş yerində bıçaqlayaraq öldürüb - VİDEO

Gəncədə 77 yaşlı kişi bacısı qızını iş yerində bıçaqlayaraq öldürüb - <span style="color: red;">VİDEO
# 10 aprel 2015 11:32 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 10-da saat 13 radələrində qeydə alınıb.

Gəncə şəhər 4 saylı Enerji Təchizat Stansiyasında işləyən, 1968-ci il təvəllüdlü Kifayət Əmir qızı Əhmədova iş yerində dayısı, 1938-ci il təvəllüdlü Qəzənfər İsaq oğlu İsgəndərov tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR